Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

    1 day ago

    2

    0

    Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Xoşqədəm Xudiyeva Regional Kollecin direktoru vəzifəsinə təyin edilib. O, bu təyinatadək kollecdə direktor səlahiyyətlərini həvalə əsasında icra etməklə yanaşı, tədris işləri üzrə direktor müavini vəzifəsini də yerinə yetirirdi. Agentliyin digər əmri ilə tədris işləri üzrə direktor müavini vəzifəsinə Aslan Quliyev təyin olunub. O isə bu təyinatadək kollecdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Xoşqədəm Xudiyeva Gəncə Dövlət Universitetində “İngilis dili” ixtisası üzrə bakalavriat təhsilini başa vurub, 2022–2024-cü illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirilən “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistr proqramını uğurla tamamlayıb. 2010–2024-cü illər ərzində Gəncə və Bakı şəhərlərində pedaqoji fəaliyyətlə məşğul olub, həmçinin Təhsil İnstitutunda çalışıb. Aslan Quliyev Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimi” ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin birgə “Təhsilin təşkili və idarə olunması” magistr proqramında təhsilini davam etdirir. 2017–2024-cü illər ərzində müxtəlif məktəb və liseylərdə pedaqoji və inzibati vəzifələrdə fəaliyyət göstərib. Xəzər Universiteti Dünya Məktəbinin Gəncə filialında tədris işləri üzrə koordinator və icraçı direktor, Avropa Azərbaycan Məktəbində isə tədris üzrə müdir müavini vəzifələrində çalışıb.
    Click here to Read more
    Prev Article
    Kiloqramı 27 manata - Mavi pendir aldığımız ölkələr
    Next Article
    “Qala Sığorta”da geriləmə - yığımları 2,6 mln. manat azalıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment