Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bu həkimlər sertifikasiya imtahanından azad ediləcəklər

    13 hours ago

    1

    0

    Davamlı peşəkar inkişafla (DİP) əlaqədar 250 kredit balı yığan həkimlər və əczaçılar sertifikasiya imtahanından azad ediləcəklər. Valyuta.az xəbər verir ki, News24.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsində “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib. Adil Vəliyev deyib ki, ölkəmizdə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə onların imtahana cəlb olunması ilə sertifikasiyası həyata keçirilir: “Təklif olunan yeni dəyişikliklərə əsasən tibb işçilərinə şərait yaradılır ki, onlar öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etsinlər. Bu balı toplamaqla imtahandan azad olunurlar. Kredit balı hər il 50 bal olmaqla ümumilikdə 250 bal təşkil edir. Yəni onların peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə alternativ DPİ mexanizmi tətbiq olunacaq. Bu məqsədlə də Qanunun 46-cı maddənin 3-cü hissəsi yeni redaksiyada verilir”.
    Click here to Read more
    Prev Article
    Sepete Eklendi: Çok Bilinen Yazarların Okunmayı Bekleyen ve Az Bilinen Kitapları
    Next Article
    Bu avtobusların hərəkət sxemi dəyişdirilib - SƏBƏB

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment