Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bu 3 rayon və 2 şəhərdə təbiətə 108 mindən çox ziyan vurulub

    3 minutes from now

    3

    0

    Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində ölkənin 3 rayonu və 2 şəhərində qanunsuz ağackəsmə faktı ilə bağlı araşdırma aparılıb. Valyuta.az xəbər verir ki, araşdırma zamanı bir neçə rayonda ağacların qanunsuz kəsildiyi məlum olub. Qusar rayonu Gilahoba kəndində, Astara rayonu Kijəbə qəsəbəsində, Lerik rayonu Davradibi kəndində, Gəncə şəhəri Gəncə-Şəmkir yolunun sağ tərəfində, Mingəçevir şəhərində yerləşən Göygöl Milli Parkının idarəetməsində olan Varvara Ovçuluq Təsərrüfatının ikinci mühafizə ərazisinin “Karyer” deyilən sahəsində meşə fonduna daxil olmayan 264 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 108 min manatdan çox ziyan vurulması müəyyən edilib. Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 259.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
    Click here to Read more
    Prev Article
    Tesla Model Y, Nasıl Oldu da Türkiye'de 1 Dakika İçerisinde Tükendi?
    Next Article
    Sumqayıtın bu ərazilərində su olmayacaq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment