Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “Brent”in barreli 68,1 dollara qədər bahalaşıb

    5 days ago

    3

    0

    Çərşənbə günü ABŞ-ın İrana qarşı yeni sanksiyaları və Vaşinqtonun Çin mallarına tətbiq edilən rüsumlarla bağlı ton dəyişikliyi fonunda neft qiymətləri yüksəlməyə davam edib. Finss.az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:43-də Londonun ICE Futures birjasında Brent markalı iyun fyuçerslərinin qiyməti 0,65 dollar (0,96%) bahalaşaraq 68,08 dollar/barelə çatıb. Bu vaxta qədər WTI markalı neftin iyun fyuçersləri NYMEX birjasında 0,64 dollar (1,01%) bahalaşaraq 64,31 dollar/barelə yüksəlmişdi. ABŞ iranlı iş adamı Seyid Əsədullah Emamjomeh və onunla əlaqəli şirkətlərə qarşı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) açıqlamasında bildirib ki, Emamjomeh və sanksiyaya məruz qalan şirkətlər “yüz milyonlarla dollar dəyərində İran LNG və neftinin xarici bazarlara daşınmasına cavabdehdirlər”. ABŞ prezidenti Donald Tramp aprelin 22-də Çindən idxal olunan mallara elan etdiyi 145%-lik rüsumların çox yüksək olduğunu etiraf edib və onları azaldacaq və Pekinlə ticarət razılaşması əldə edəcəyini vəd edib. Tramp həmçinin bildirib ki, o, Federal Ehtiyatlar Sisteminin sədri Jerome Powell-i işdən çıxarmaq niyyətində deyil, ancaq onun faiz dərəcələrini daha tez azaltmasını istəyir. Neft qiymətlərini ehtiyatlar haqqında məlumatlar da dəstəkləyir. Amerika Neft İnstitutunun hesablamaları aprelin 18-də bitən həftədə xam neft ehtiyatlarının 4,565 milyon barrel azaldığını göstərib. API könüllülük əsasında neft emalı, anbar və boru kəməri operatorlarından məlumat alır. Energetika Nazirliyi çərşənbə günü ABŞ-ın enerji ehtiyatlarında dəyişikliklərlə bağlı rəsmi məlumatları açıqlayacaq.
    Click here to Read more
    Prev Article
    Nəzərbəy Hacıağayev: “Cənab Prezident İlham Əliyevin Çinə səfəri ölkəmizin çoxvektorlu xarici siyasətinin uğurlu nümunəsidir”
    Next Article
    AMD Software 25.4.1 Sürücüsü The Elder Scrolls IV: Oblivion Remastered Desteği Sunuyor

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment