Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Brent müsbət ərazidə qalır və bir barel üçün 66,52 dollara satılır

    1 week ago

    3

    0

    Cümə axşamı gün ərzində neft qiymətləri ABŞ-ın İran neftinin tədarükünə yeni sanksiyalar tətbiq etməsi xəbəri ilə dəstəklənib. Finss.az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:53-də Londonun ICE Futures birjasında Brent markalı iyun fyuçerslərinin qiyməti 0,67 dollar (1,02%) bahalaşaraq 66,52 dollar/barelə çatıb. Bu vaxta qədər WTI markalı neftin may fyuçersləri NYMEX birjasında 0,76 dollar (1,22%) bahalaşaraq bir barel üçün 63,23 dollar təşkil edib. Birləşmiş Ştatlar dünən Çinin Shandong Shengxing Chemical Co neft emalı zavoduna, həmçinin İran neftinin Çinə tədarükünü asanlaşdıran bir neçə şirkət və gəmilərə qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb. Dövlət Departamentinin sözçüsü Tammy Bruce prezident Donald Trampın İrana maksimum təzyiq siyasətini davam etdirmək və İran neftinin Çin və digər ölkələrə qeyri-qanuni ixracını sıfıra endirmək niyyətində olduğunu bildirib. IG analitiki Tony Sycamore qeyd edir ki, ABŞ-ın İrana təzyiqindən əlavə, qısamüddətli satış və zəifləyən ABŞ dolları neft qiymətlərinin artmasına səbəb olur. Eyni zamanda, o, ticarət müharibəsi nəticəsində ABŞ və Çin iqtisadiyyatlarının yavaşlaması səbəbindən neftə tələbat perspektivinin mümkün pisləşməsi barədə xəbərdarlıq edir. “Növbəti iki rüb üçün ABŞ-da artımın ən yaxşı halda sıfır olacağını, Çinin ÜDM artımının isə 3%-4%-ə qədər ləngiyəcəyini fərz etsək, bu, neft bazarı üçün yaxşı heç nə vəd etməyəcək”, - ekspert yazır.
    Click here to Read more
    Prev Article
    Rusiyada iPhone 16 Plus iki ay yarım ərzində 82 min rubla qədər ucuzlaşıb
    Next Article
    L'Oréal Q1 sales beat consensus expectations after strong Luxe performance

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment