Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    BP şirkətinin mənfəəti kəskin azalıb

    6 hours ago

    1

    0

    Britaniyanın neft və qaz şirkəti olan BP satışların zəifləməsi və aşağı emal marjları səbəbindən 2024-cü ilin ilk rübündə xalis mənfəətinin ciddi şəkildə azaldığını açıqlayıb. Valyuta.az AFP agentliyinə istinadən xəbər verir ki, BP tərəfindən verilən məlumata əsasən, cari ilin ilk üç ayında vergi sonrası xalis mənfəət 687 milyon dollara düşüb. Halbuki 2023-cü ilin eyni dövründə bu rəqəm 2,3 milyard dollar idi. ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən tətbiq edilən yeni gömrük rüsumları nəticəsində xam neftin qiymətində baş verən son eniş, BP və digər böyük neft şirkətlərinə də mənfi təsir göstərib. Şirkətin ümumi gəliri isə 4 faiz azalaraq 48 milyard dollar həddinin altına enib. BP-nin baş direktoru Mörrey Okinkloss bildirib: "Bazar dəyişikliklərini diqqətlə izləyirik və çevik hərəkətə fokuslanmaqda davam edirik". Son dövrlər çətinliklərlə üzləşən enerji nəhəngi, karbon emissiyalarını azaltmaqla bağlı bir zamanlar lider mövqedə olduğu strategiyasını təxirə salaraq, daha sərfəli hesab etdiyi fosil yanacaq istehsalına yenidən diqqət yetirməyə başlayıb. Bu qərar ekoloji təşkilatlar arasında böyük məyusluğa səbəb olub. Şirkət, illik 5 milyard dollardan artıq olan təmiz enerji investisiyalarını da əhəmiyyətli dərəcədə azaldıb. Okinkloss BP-nin mənfəəti artırmaq və xərcləri azaltmaq üzrə planlarına güvəndiyini qeyd edib. Şirkətin strategiya dəyişikliyi, BP üçün çətin keçən ticarət ilindən sonra baş verib. Dünyanın müxtəlif ölkələrinin karbon emissiyalarını azaltmaq istiqamətində ciddi səylər göstərdiyi bir vaxtda, investorların BP-nin səhmlərinin dəyərini artırması ilə bağlı təzyiqləri də davam edir. Bundan əlavə, şirkət ötən həftə ABŞ-ın aktivist investisiya fondu olan Elliott Investment Managementin BP-nin səhmlərinin 5 faizindən bir qədər çoxunu əldə etdiyini təsdiqləyib. Analitiklərə görə, sözügedən fond, sərmayə yatırdığı şirkətlərdə korporativ dəyişiklikləri təşviq etməsi ilə tanınır. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    “Temu” məhsullara əlavə idxal haqqı tətbiq etdi
    Next Article
    İspanyollar duyurdu: Carlo Ancelotti'nin Real Madrid'deki halefi belli oldu!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment