Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Bloomberg": Trampın Ukrayna ilə bağlı fikirləri getdikcə Putinin mövqeyi ilə üst-üstə düşür

    8 hours ago

    1

    0

    ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı fikirləri prezident Vladimir Putin başda olmaqla Rusiya rəhbərliyinin fikirlərini getdikcə daha çox təkrarlayır.  HİT.az xəbər verir ki, bu barədə Amerikanın "Bloomberg" agentliyi məlumat yayıb. Jurnalistlər dil modelindən istifadə edərək Trampın 2024-cü ilin avqustundan 2025-ci ilin martına qədər ictimai bəyanatlarını, həmçinin 2025-ci ilin əvvəlindən sosial şəbəkələrdəki paylaşımlarını təhlil ediblər. "Nəticələr Tramp administrasiyasının Putinlə təmasları və sonrakı şərhləri arasında korrelyasiya olduğunu göstərdi", deyə məqalədə bildirilir. Nəşr iddia edir ki, Tramp Rusiya ilə təmaslardan sonra Ukrayna prezidenti Volodimir Zelenskinin qeyri-legitimliyi və onun aşağı reytinqi ilə bağlı suallar qaldırmağa başlayıb. Baxmayaraq ki, o, bunu əvvəllər açıqlamayıb. Keçmiş ABŞ rəsmilərindən biri də Trampın komandasının rus dilində danışıq nöqtələrini mənimsədiyinə əminliyini ifadə edib, lakin bunun Rusiyanın təsiri ilə bağlı ola bilməyəcəyini, ABŞ-ın indiki prezident administrasiyasının nəyin bahasına olursa-olsun Ukraynadakı münaqişəyə son qoymaq niyyətində olduğunu vurğulayıb. Aprelin 27-də Tramp Zelenskinin Krıma dair iddialarından əl çəkməyə hazır olduğunu deyib. Bundan əvvəl ABŞ prezidenti yarımadanın sülh sazişi çərçivəsində "Rusiyanın tərkibində qalacağını" vurğulamışdı. Ukrayna isə Rusiyanın regiondakı suverenliyini tanımaqdan imtina edir.  Samir
    Click here to Read more
    Prev Article
    Mərkəzi Bank bu tenderlə bağlı maliyyəni dayandırdı
    Next Article
    İnsult iki səbəbə görə gənclər arasında getdikcə daha çox yayılır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment