Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Biznesin uğur qazanmasının ən böyük sirri: “Cəsarət”

    1 hour ago

    1

    0

    Kimlərsə uğura bizdən daha tez çata bilər, amma yüksək performanslı dövrə keçmək, nə olursa olsun, zaman tələb edir. İnkişaf dövrünü keçə bilmək üçün əzmli və səbirli olmaq vacibdir. İdeyanızın nəticə verməsi nə qədər vaxt aparırsa-aparsın, bu işin açarı cəsarətdir. Sahibkarlığa maraq göstərən, amma tələb olunanı edə bilməyənlərlə, özünü işinə həsr edənləri fərqləndirən mənəvi xüsusiyyət məhz budur. Lakin reallıq budur ki, sahibkarlıqda davamlı uğura çatmaq illərlə aparılan diqqətli planlama, çox çalışma və ən əsası sarsılmaz cəsarət tələb edir. Valyut.az cəsarətin sahibkarlığın ayrılmaz hissəsi olduğunu göstərən dörd əsas səbəbi təqdim edir: Sahibkarlıq zəhmətli bir işdir Bir çox sahibkar uğurlu bir iş qurmaq üçün şəxsi həyatında ciddi fədakarlıqlar edir. Həyatınızdakı bəzi şeylər çətinləşməyə başladıqda geriyə addım atmaq üçün kifayət qədər cəsur olmaq sizə tarazlıq qazandırar və böyük itkilərdən qoruyar. Sahibkarlıq risklidir Yüksək risk istənilən iş üçün böyük maneədir. Amma bəzi insanlar üçün şəxsi yığımlarının ya hamısı, ya da böyük bir hissəsi təhlükədə ola bilər. Bu qədər böyük maliyyə riski almaq böyük cəsarət və bağlılıq tələb edir. Cəsarət və işə bağlılıq sahibkara riski azaldacaq tərəfdaşlıqlar və satış imkanları yaratmaq şansı qazandırır. Qərarlar ya batırar, ya da çıxarar Sahibkarların beyni daim yeni idealarla doludur, lakin hansılara fokuslanıb, hansıları bir kənara qoyacağınıza qərar vermək üçün həm kifayət qədər cəsarətli, həm də dürüst olmalısınız, xüsusilə də risk altında çox şey varsa bunu etməlisiniz. Nə istədiyinizi aydın şəkildə anlamalısınız ki, güclü tərəflərinizi ön plana çıxararaq uğur qazanmaq şansınızı artırasınız. 100 ideya barədə düşünmək olar, amma onların çoxu heç vaxt həyata keçməyəcək. Zərərləri azaltmaq üçün dayana bilmək nə qədər cəsarət tələb edirsə, hər şeyini nə vaxt ortaya qoyacağını bilmək də bir o qədər cəsarət tələb edir. Uğur qazanmaq üçün rahatlıq zonanızdan çıxmalısınız Sahibkarlığın bir hissəsi də bəzən sevmədiyiniz, hətta necə ediləcəyini bilmədiyiniz işləri görməkdir. Bu, bir liderin həyatındakı klassik dönüş nöqtəsidir. Bu sayədə şəxs sahibkar kimi özünü inkişaf etdirməli olduğunu dərk edir. Bəzi liderlər bu çətin dövrü aşa bilmir, çünki bütün cavabların onlarda olmamasını qəbul etmək istəmirlər. Amma əgər bir lider kimi inkişafa hazırsınızsa, yalnız şəxsi tərəqqiniz üçün deyil, həm də layihəniz və komandanızın inkişafı üçün bu fürsətlərdən faydalana bilərsiniz. Sahibkarlar şəxsi qorxularını sonuna qədər zorlayaraq hər şeyi edə biləcək insanlardır. Sahibkara yol göstərəcək bir təlimat kitabı yoxdur. Çünki çox şey təcrübə ilə öyrənilir. Amma geri baxanda anlayırsan ki, cəsarətli olmaq şirkətin uğuru üçün nə qədər vacibdir.  Günay
    Click here to Read more
    Prev Article
    Ya Bizde de Elektrik Kesilirse: Elektrikli Otomobiller Jeneratörle Şarj Edilir mi?
    Next Article
    "Google" indi də avtonom avtomobillər satışına başlayır?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment