Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “Biznesin Müflisləşməsi” İşçi qrupunun məhkəmə qərarları Vahid Məhkəmə Portalında yerləşdirilib

    7 hours ago

    1

    0

    Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində Vahid Məhkəmə Portalında müflisləşmə ilə bağlı işlər üzrə anonimləşdirilmiş məhkəmə qərarları yerləşdirilib. Finss.az-a bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, “Anonimləşdirilmiş qərarlar” bölməsində qərarın ili, məhkəmənin adı, işin növü, məhkəmə aktı və hakim barədə məlumatlar əks olunub. Bununla yanaşı, bölmədə qərarı seçərək sənədə baxış, işin mahiyyəti və nəticə ilə tanış olmaq, həmçinin sənədlərin yüklənməsi mümkündür. Qərarlarla linkə keçid edərək tanış olmaq olar. Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycanda sığorta bazarı 7% böyüyüb
    Next Article
    "Bank Melli İran Bakı filialı"nın kredit portfeli azalaraq ciddi maliyyə geriləməsi yaşayıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment