Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Birinə iş, digərinə təqaüd vəd etdilər - 89 minlik dələduzluq

    1 week ago

    3

    0

    Nəsimi rayonu ərazisində ayrı-ayrı vətəndaşların ümumilikdə 88 600 manatının dələduzluq yolu ilə mənimsənilməsi barədə polisə məlumatlar daxil olub. Valyuta.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Belə ki, paytaxt sakini olan 65 yaşlı qadın övladının işə düzəldiləcəyi vədi ilə aldadılıb və 80 min manatı ələ keçirilib. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı N.Şükürov və 37 yaşlı N.Qasımova saxlanılıblar. Rayon ərazisində daha bir analoji hadisə baş verib. 65 yaşlı bir nəfərin təqaüdünü bərpa edəcəyi vədi ilə 3500 manatını ələ keçirən V.Allahverdiyev saxlanılıb. Bundan başqa, vətəndaşın etibarından sui-istifadə edib 5100 manatını ələ keçirməkdə şübhəli bilinən 38 yaşlı E.Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.
    Click here to Read more
    Prev Article
    Sığorta nəhənginin rəhbərini öldürdü, "Əsl Con Uik" adlandırıldı - Ölüm cəzası ilə üzləşə bilər
    Next Article
    Uğur Meleke'den Victor Osimhen'e büyük övgü

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment