Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bill Qeytsin qızı süni intellektli alış-veriş saytı açdı

    3 hours ago

    1

    0

    Bill Qeytsin övladları atasından qalan mirasla kifayətlənmək niyyətində deyil. Məşhur milyarderin qızı Poebe Qeyts süni intellekt dəstəyi ilə çalışan bir alış-veriş saytı açaraq biznes dünyasına addım atıb. Valyuta.az xəbər verir ki, Bill və Melinda Qeytsin qızı Poebe yeni bir onlayn alış-veriş tətbiqini istifadəyə verib. "Phia" adlı tətbiq geyim, ayaqqabı və aksesuarların qiymətlərini yeni və istifadə olunmuş elanlarla müqayisə edəcək. Poebe Qeyts keçmiş otaq yoldaşı Sofiya Kianni ilə birlikdə "Phia" adlı süni intellekt dəstəyi ilə çalışan bir alış-veriş tətbiqinə start verib. Bu tətbiq, alış-veriş edənlərin geyim, ayaqqabı və aksesuar siyahılarındakı qiymətləri müqayisə etmələrinə kömək etmək üçün hazırlanıb. Tətbiq həm iOS platformasında, həm də "Google Chrome" üçün brauzer əlavəsi olaraq işləyir. Tətbiqi və ya əlavəni qurduğunuzda bir məhsul səhifəsinə girdikdə "Bunu almalıyammı?" düyməsi görünür. Düyməyə basdıqda "Phia" vebdə axtarış apararaq eyni və oxşar məhsulların yeni və istifadə olunmuş elanlardakı qiymətlərini müqayisə edir və qiymətin yüksək, aşağı və ya tipik olub-olmadığını bildirir. Beləliklə, müştəriyə daha sərfəli alternativlərin olub-olmadığı barədə də məlumat verilir. "Phia" süni intellektdən istifadə edərək "aktual bazar tendensiyalarını" analiz etdiyini və bu məlumatları "The RealReal", "Vestiaire Collective", "ThredUp", "StockX", "eBay" və "Poshmark" kimi saytlardan toplanan 250 milyondan çox istifadə olunmuş məhsulun yer aldığı verilənlər bazası ilə müqayisə etdiyini bildirir. Bu sistemin "Amazon" kimi dünya nəhəngləri ilə rəqabət apara biləcəyi hələ bəlli deyil. Lakin texnologiya dünyasında birinci nəsil rəhbərlərin təqaüdə çıxması ilə onların övladlarının iş başına keçdiyi dövrə qədəm qoyduğumuz görünür. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Samsung'un Elinizin Değdiği Her Yeri Dokunmatik Ekrana Dönüştüren Projektörü Duyuruldu
    Next Article
    МN hərbi qulluqçularının rütbəyə görə maaşları ilə bağlı qərar verildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment