Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bill Qeytsdən açıqlama: "Mask və Cobsu müqayisə etmək düzgün deyil"

    1 week ago

    3

    0

    "Microsoft"un sabiq baş direktoru və həmtəsisçisi Bill Qeyts milyarder İlon Mask və "Apple"ın qurucularından Stiv Cobsun eyni kateqoriyada - vizyoner liderlər kimi qiymətləndirilməsinin "məsələnin mahiyyətindən yayınmaq" olduğunu bildirib. Valyuta.az xəbər verir ki, Qeyts bu fikrini 2020-ci ildə "Bloomberg"ə verdiyi müsahibədə səsləndirib. O, hər iki şəxsin texnologiya dünyasında böyük iz buraxdığını etiraf etsə də, Maskın "yeni Stiv Cobs" kimi təqdim edilməsinə qəti qarşı çıxır. "Əgər bu insanları şəxsən tanıyırsınızsa, bu cür kobud sadələşdirmə qəribə görünür. Bilirsiniz, İlon daha çox praktik mühəndisdir, Cobs isə dizayn, komanda quruculuğu və marketinq sahəsində dahi idi. Onlar bir otağa daxil olsaydınız, əsla bir-biri ilə səhv salmazdınız", deyə Qeyts qeyd edib. Qeyts Maskın elektromobillərin, təkrar istifadə olunan raketlərin və tunel texnologiyalarının inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. Eyni zamanda, Stiv Cobsun texnologiyanı şəxsən dizayn etmədiyini, lakin yaradıcı komanda ruhunu formalaşdırmaqda və mükəmməllik axtarışında bənzərsiz olduğunu vurğulayıb. Jurnalistlərin yazdığına görə, Qeyts illər ərzində Maskın fəaliyyətini açıq şəkildə təqdir etsə də, bu münasibət qarşılıqlı olmayıb. İlon Mask "Microsoft"un həmtəsisçisini zaman-zaman tənqid edib və onların münasibətində gərginlik müşahidə olunub. Buna baxmayaraq, Bill Qeyts şəxsi münasibətləri deyil, liderlik tərzlərindəki fərqləri önə çıxarıb. O, Stiv Cobsun insan potensialını ustalıqla bir araya gətirdiyini və öz unikal vizyonunu həyata keçirməkdə böyük bacarıq nümayiş etdirdiyini qeyd edib. "Onları bir-biri ilə qarışdırmaq mümkün deyil", deyə Qeyts əlavə edib. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Birbankdan möhtəşəm yaz kampaniyası: Birbank Visa taksit kartı sahibləri üçün onlayn alış-verişlərdə əlavə keşbek imkanı®
    Next Article
    Aaron Boupendza kimdir? Hatayspor'un eski golcüsü Aaron Boupendza neden öldü?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment