Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bhaqavad Gita: "Mən - Ölüməm, Böyük Dünyaları dağıdan Ölüm"

    2 days ago

    4

    0

    9-cu sinifdə oxuyanda nüvə fizikasının, atom bombasının tarixi haqda çox sayda kitabı oxuyub bitirmişdim. Atam evimizdəki kitabxanasından yeni-yeni kitablar çıxarır, mən də ağına-bozuna baxmadan verilənləri dəyirman kimi üyüdürdüm. Yaddaşıma elə kiçik detallar həkk olunub ki, illər keçsə də hələ də hafizəmdədir. B-29 qırıcısına niyə "Enola Gay" adının verildiyini (təyyarənin komandiri, polkovnik Pol Tibbetsin anasının adı), "Little Boy" bombasının şəhərə atıldığına pilotların təyyarədən necə qorxu ilə geri baxdıqlarını yada salanda uşaqkən necə səksəndiyimi və Hirosima ilə Naqasaki dəhşətinin mənə necə mənəvi travma yaşatdığını xatırlayıram. Bu sabah isə hardansa hafizəmin paslanmış bölümlərindən yadıma Bhaqavad Gita düşdü… Bhaqavad Gita (hind. Tanrının mahnısı) sanskritdə yazılmış qədim hind eposudur. Hind fəlsəfəsinin əsas mətnlərindən biridir. Eramızdan 4 min il əvvəl yazılmış bu müqəddəs mətnlər insanlıq tarixinin incilərindən sayılır… Robert Oppenheimer (1904 - 1967) - dahi amerikan nəzəriyyəçi fizikidir. Nüvə silahı üzərində çalışan məşhur və sirli Manhetten Layihəsinin elmi rəhbəri idi. Məhz elə buna görə də Oppenheimeri "Atom bombasının atası" adlandırırlar. Xirosima və Naqasaki apokolipsisindən bir ay əvvəl atom bombası Nyu Meksiko ştatındakı səhrada sınaqdan keçirildi. Yeraltı müşahidə nöqtəsindən bombanın yaratdığı vahiməli duman püskürməsini görəndə Oppenheimerin ağlına Bhaqavad Gita eposindan bu sözlər gəlir: "Əgər minlərlə Günəşin şöləsi göy üzünə tutuşsa bunu Qüdrətli Yaradanın işıltısına bənzətmək olar…Mən - Ölüməm, Böyük Dünyaları dağıdan Ölüm". Məktəbli ikən də bu cümlələri oxuyanda qorxmuş, yuxuda səksənib yerimdən atıldığım da olmuşdu. Bu gün Oppenheimerin Nyu Meksiko sınağı haqda dediklərini tapıb bir də oxudum: "Biz Dünyanın artıq əvvəlki kimi olmayacağını bilirdik. Bəzilərimiz gülür, bəzilərimiz də ağlayırdıq. Çoxluq isə susurdu. O an induizmin müqəddəs Bhaqavad Gita kitabındakı Vişnanın Şahzadəni inandırmağa çalışdığı səhnəni xatırladım. Vişna əllərinin sayını artırıb o məşhur duruşuna keçir və "Mən - Ölüməm, Böyük Dünyaları dağıdan Ölüm" deyir". 74 il sonra Bəşər övladı hələ də qana susamış vəziyyətdir. Və tökülən qan izini kəsən o dahi Qurtarıcının yolunu gözləməkdən Dünyanın gözü saralıb… İbrahim Nəbioğlu visiontv.az  
    Click here to Read more
    Prev Article
    KİV: ABŞ İranla danışıqlar üçün texniki qrupa rəhbər təyin edib
    Next Article
    Daha ucuz, amma bir o qədər də gözəl - İsveçrə Alplarına alternativ təkliflər

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment