Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bəzi insanlar niyə kütlədən qaçırlar?

    1 week ago

    5

    0

    "Bəzi insanlar kütlə olan yerlərə getməkdən qorxular. Həmin şəxslər insanların çox olduğu belə yerlərdə sıxılırlar".  Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.  O bildirib ki, bunun bir neçə psixoloji səbəbi var: "Lakin hər səbəb fərdə görə dəyişə bilir. İlk olaraq, insanın böyüdüyü mühit buna təsir edir. Bəzi şəxslər uşaqlıqdan etibarən insanlarla çox ünsiyyətə keçmədikləri və ya valideynləri tərəfindən basqılar gördükləri üçün özlərinə qapanmağa başlayırlar. Həmin şəxslər böyüdükcə, kütlə olan yerlərə çox getmək istəmirlər".  Ekspert digər səbəblərdən də bəhs edib: "Zamanında kütlə içində hansısa travmatik hadisə yaşayan insanlarda da bu hal müşahidə olunur. Eyni zamanda, haçansa kütlə olan yerdə davalara şahid olan şəxslərdə travma yarana bilir. Həmin insanlar yaşadıqları travmadan sonra kütlə içərisinə çıxmayaraq, özlərinə qapanmağa başlayırlar". Psixoloq qeyd edib ki, bəzi insanlar kütlə içərisində panikaya düşürlər: "Bəzi insanlarda panik pozuntu olduğu üçün kütlə içərisində qorxurlar. Bu səbəbdən də insanların çox olduğu yerlərə təkrar getmək istəmirlər.  Kütlə qorxusu olan insanların bir çoxunda isə kütlə olan yerlərin işığı, səsi kimi yan təsirlərə qarşı həssaslıqları olur. Nəticədə, həmin atmosferi bir daha yaşamamağa çalışırlar".  Nabat Mirzəyevanın sözlərinə görə, bəzi şəxslərdə isə aqorafobiya olur: "Həmin insanlarda geniş yerlərə qarşı qorxu və narahatlıq yaşayırlar. İdman zalları, restoranlar və ya ticarət mərkəzləri kimi geniş yerlər onlarda narahatlığa səbəb olur.    Həmçinin, səbəblər sırasında sosial fobiya da var. Bu fobiyaya sahib olan şəxslər isə insanlar içərisində olanda qınaq obyektinə çevrilməkdən çəkinirlər. Gülüşlərinin, sözlərinin və ya hərəkətlərinin digər insanlar tərəfindən qınanılacağını düşünürlər. Sırf bu səbəbə görə marketə və ya restorana belə getmirlər. Bütün bu simptomlar olan şəxslər kütlə içində olmamağı üstün tuturlar". Pərviz
    Click here to Read more
    Prev Article
    Mourinyo "Fənərbaxça"dan ayrılır?
    Next Article
    Aİ ABŞ-la tariflərlə bağlı razılığa gəlməsə... Əks tədbirlər hazırlanır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment