Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Bəzi gənclər sevgi ilə aşiq olmağı qarışdırırlar" - Psixoloq

    1 week ago

    3

    0

    "Bəzən gənclər sevgi münasibətlərinə çox tez və həvəslə başlayırlar". Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib. O bildirib ki, bəzən sevgi münasibətlərinə ani həvəslə başlayan gənclər qısa müddətdən sonra onu bitirirlər: "Hətta heç nə olmamış kimi ayrılaraq həyatlarına davam edirlər. Bunun bir çox səbəbi ola bilər. Birinci səbəb duyğuların qarışdırılmasıdır. Hansı duyğunun nəyi ifadə etdiyini dərk etməkdə çətinlik çəkən gənclər var.  Bu tip münasibətlərdə sevgi hissləri deyil, həyəcan, maraq və ya təsdiqlənmə ehtiyacı olur. Nəzərə almaq lazımdır ki, gənc yaşlarda sevilmək və ya dəyər görmək kimi hisslər də ehtiyacdır. Yəni bəzi gənclər bu hissləri sevgi ilə qarışdırırlar. Həyəcanı sevgi ilə səhv salırlar". Ekspert qeyd edib ki, insan aşiq olanda beyin adrenalin hormonu ifraz edir: "Ümumiyyətlə, aşiq olmaqla sevgi də eyni deyil. Çünki aşiq olmaq keçici hissdir. Yəni bir çox gənc bu keçici hissi yaşayarkən qarşı tərəfə sevgi bəslədiyini düşünür. Bəzən də gənclər şəxsiyyətləri tam olaraq formalaşmadığı yaşlarda yaşadıqları hissləri sevgi zənn edə bilirlər.  Eyni zamanda, sosial şəbəkələrin və ya serialların da gənclərin sevgi münasibətlərinə təsiri böyükdür. Çünki onlar televiziyada və ya sosial şəbəkələrdə gördükləri kimi sevgi yaşamaq istəyirlər. Lakin onların təsiri ilə özünə uyğun olmayan birinə bağlanır". Mütəxəssis vurğulayıb ki, bağlanma isə sevgi deyil: "Sevgi o, olmadan da yaşaya bilməkdir. Lakin kimsə digərinə onsuz yaşaya bilməyəcəyini deyirsə, yaşadığı hisslər sevgi deyil. Bu cür münasibətlərdə insan bəzən özünü dəyərsiz hiss edə bilər.  Ümumiyyətlə, ani hissləri sevgi ilə qarışdırmaq lazım deyil. Sadəcə anlıq olaraq emosional ehtiyaclarının yerini dolmuş kimi hiss edirlər. Əgər bir şəxs qarşı tərəfin məsuliyyətini üstlənmirsə, o sevgini davam etdirə bilməyəcək. Gənclərin ani ayrılıqlarının bir səbəbi də məhz budur. Bəzi insanlar məsuliyyətdən qaçırlar". Aydan Məmmədova əsl sevgi barədə də bunları deyib: "Əsl sevgi isə zamanla və bir-birini tanımaqla yaranır. Sevgi sosial şəbəkələrdə gördükləriniz deyil. Bəzi mütəxəssislər sosial şəbəklərdə məsləhət verirlər ki, əks cins sənə qarşı bir sıra davranışlar edəndə sən də onun kimi davran və ya geri çəkil, duyğularını aydın şəkildə izah etmə. Bir sözlə, taktikalar verirlər. Sevgi duyğularını rahat şəkildə paylaşa bilməkdir. Bir insanın qarşı tərəfin yanında sorğusuz-sualsız özünü tam sərbəst hiss etməsi sevgidir. Sevgi taktikalarla davam edəcək bir hal deyil. Tərəflər bir-birlərilə tam uyğun olmalıdırlar". Pərviz
    Click here to Read more
    Prev Article
    Oğlu şantaj edilən ananın şikayəti ilə - Həbs olundular
    Next Article
    Leyla Əliyevanın Vyetnamın məşhur küçəsindən paylaşımı – FOTO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment