Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bəzi çaylarda sel və daşqınların davam edəcəyi gözlənilir

    1 week ago

    2

    0

    Bu barədə Visiontv.az-a Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətindən bildirilib. Məlumata görə, ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb. Belə ki, Böyük Qafqaz ərazisindən axan Vəlvələçayda 49 sm, Qarasuçayda 25 sm, Qımılda 24 sm, Əyriçayda 21 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 15 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Quruçayda 29 sm, Oxçuçayda 22 sm, Köndələnçayda 18 sm, Tərtərçay-Vəngdə 9 sm, Tutqunçay və Bəsitçayda 9 sm, Həkəriçayda 4 sm artım qeydə alınıb. Transsərhəd çaylarda: Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 40 sm, Araz-Qıvraq məntəqəsində 19 sm, Qanıx-Cəlayir məntəqəsində isə 7 sm artım qeydə alınıb. Müşahidə olunan leysan xarakterli intensiv və güclü yağıntılar nəticəsində Şabran rayonu ərazisindən axan Gilgilçay, Quba rayonu ərazisindən axan Qudiyalçay, İsmayıllı rayonu ərazisindən axan Girdimançay, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançay, Ağsu rayonu ərazisindən axan Ağsuçay, Qobustan rayonu ərazisindən axan Pirsaatçay və Samux rayonu ərzasinindən axan Qabırrı çayından sel keçib. Qeyri-sabit və fasilələrlə yağıntılı hava şəraitinin aprelin 17-dək davam edəcəyi, 16-sı gün ərzində intensiv və güclü yağıntılı olacağı gözlənilir ki, bu da ölkə ərazisinin çaylarında sululuğun yüksək, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara zonasının bəzi çaylarında sel və daşqın hadisələrinin davam edəcəyi gözlənilir.
    Click here to Read more
    Prev Article
    ABŞ İrana müəyyən qədər uranın zənginləşdirilməsinə icazə verə bilər
    Next Article
    SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment