Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    BEA: Qlobal neftə tələbat proqnozu azaldılıb – 2026-cı ilə də ehtiyatlı yanaşma var

    1 week ago

    3

    0

    2025-ci ildə qlobal gündəlik neft tələbatının artım tempinin 730 min barel səviyyəsində olacağı gözlənilir. Bu barədə Finss.az Beynəlxalq Enerji Agentliyinin (IEA) son hesabatına istinadla xəbər verir. Agentliyin məlumatına əsasən, bu göstərici əvvəlki proqnozla müqayisədə 300 min barel azalıb. Belə ki, ticarət əlaqələrində müşahidə olunan gərginliklər və qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliklər nəticəsində tələbat proqnozu aşağı yönəldilib. IEA eyni zamanda 2026-cı il üçün də gözləntilərini təqdim edib. Növbəti il üçün gündəlik neft tələbatının artımı 690 min barel səviyyəsində proqnozlaşdırılır. Qurum bildirir ki, sürətlə dəyişən qlobal makroiqtisadi mühit fonunda proqnozlar üzrə risklər hələ də yüksək olaraq qalır. Xüsusilə inkişaf etmiş ölkələrdə iqtisadi yavaşlama və yaşıl enerji keçidinin sürətlənməsi, gələcək dövrlərdə neftə olan tələbatın dinamikasına birbaşa təsir göstərə bilər. Ekspertlər qeyd edirlər ki, aşağı yönlü bu düzəlişlər, həm neft ixracatçısı ölkələr, həm də enerji bazarları üçün strateji qərarların yenidən nəzərdən keçirilməsini zəruri edir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    IEA qlobal neft təklifi üzrə proqnozu aşağı salıb – Təchizat artımı gözləntilərin altındadır
    Next Article
    Sistem əhəmiyyətli bankların müəyyən olunması üzrə yeni meyarlar təsdiqlənib - Mərkəzi Bank

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment