Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bazara çıxış silaha çevrilir: Si ABŞ-a qarşı yeni Asiya alyansı yaradır

    1 week ago

    4

    0

    Donald Tramp yeni ticarət siyasətinin bir hissəsi olaraq Kambocaya 49%, Vyetnama 46% və Çinə 145% tariflər tətbiq edib. Bu həftə Çin lideri Si Szinpin ABŞ ilə gömrük mübahisəsini qonşularla müzakirə etmək üçün Asiya ölkələrinə səfər edib. HİT.az "Bild"ə istinadən 24% tariflərlə yola düşən Malayziyaya səfəri zamanı Si ticarət əlaqələrini genişləndirəcəyini və Çin bazarlarına çıxışı yaxşılaşdıracağını vəd edib. O, ABŞ-ın davranışlarına cavab olaraq yeni ittifaqların qurulmasının vacibliyini vurğulayıb. "Dünya düzənindəki sarsıntılar və iqtisadi qloballaşma qarşısında Çin və Malayziya region ölkələri ilə birlikdə olacaq. Biz birlikdə Asiya ailəmizin parlaq gələcəyini qoruyub saxlayacağıq", deyə Si bildirib. Malayziyanın baş naziri Ənvər İbrahim də Çin səfərinə görə ABŞ-ı tənqid edib: "Bu gün gördüyümüz iqtisadi qəbiləçiliyə geri çəkilməkdir. Bazara çıxış silaha çevrilir. Bu çətin zamanlarda dünya ardıcıllıq, etibarlılıq və ümumi məqsədə can atır. Biz bunu Çinin davranışında görürük". Si artıq həftənin əvvəlində Vyetnamın paytaxtı Hanoyda dayanmışdı. Orada o, Vyetnamla süni intellekt, 5G və kənd təsərrüfatı ticarəti də daxil olmaqla onlarla yeni ticarət müqaviləsi imzalayıb. Tərəflər ölkələri birləşdirəcək dəmir yolunun tikintisi ilə bağlı birgə layihəni də açıqlayıblar. Si Szinpinin növbəti dayanacağı Kamboca olacaq. ABŞ Vyetnam, Malayziya və Kamboca kimi Cənub-Şərqi Asiya ölkələri üçün mühüm ticarət tərəfdaşı olaraq qalır. Bu asılılığa görə bu ölkələr həmişə ABŞ və Çin arasındakı münaqişədə tərəf tutmamağa çalışıblar. Bununla belə, Çinlə yeni razılaşmalar gələcəkdə Pekinlə daha sıx münasibətlərə işarə edə bilər. Samir
    Click here to Read more
    Prev Article
    Prezident pravoslav xristian icmasını təbrik etdi
    Next Article
    Ermənistan Rusiya telekanallarını multipleksdən çıxarmağa çağırır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment