Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bankların likvidliyi nədir və niyə vacibdir? - SƏHƏR OXUSU

    1 week ago

    4

    0

    Banklar iqtisadiyyatın əsas hissələrindən biri hesab olunur. Onlar insanların pulunu toplayıb, bu pulu müxtəlif sahələrə kredit olaraq yönləndirirlər. Bu isə bu və ya digər şəkildə iqtisadiyyatın canlanmasına təsir edir. Lakin bu prosesi düzgün aparmaq üçün bankların müştərilərinə istədikləri vaxt pulunu qaytarma imkanı olmalıdır. Banklar həm uzunmüddətli kreditlər verməli, həm də qısa müddətli öhdəlikləri yerinə yetirə bilməlidirlər. Bunu təmin etmək üçün likvidlik vacibdir. Bəs likvidlik anlayışı nədir? Valyuta.az bankların likvidliyi, necə ölçüldüyü və bir bankda likvidlik problemi olarsa bunun yol açacağı haqqında məlumatları təqdim edir: Likvidlik bir bankın öz qısa müddətli öhdəliklərini vaxtında və problemsiz ödəyə bilmə qabiliyyətidir. Sadə dillə desək bankın müştərilərinə pullarını vaxtında qaytara bilmə gücüdür. Bankların likvidliyi nə ilə ölçülür? Bankın likvidliyi aşağıdakılara əsasən qiymətləndirilir: Əlindəki nağd pul vəsaiti Asanlıqla pula çevrilə bilən aktivlər (məsələn, qısamüddətli dövlət qiymətli kağızları) Gündəlik öhdəliklərə nisbətən bu vəsaitlərin yetərliliyi Əgər bank likvid deyilsə, nə olur? Əgər bir bank likvidlik problemi yaşayırsa: Müştərilər pullarını vaxtında ala bilməyə bilər. Bu, panika yarada bilər – insanlar bankdan pullarını çıxarmağa tələsər. Bank iflasa uğraya bilər. Maliyyə sisteminə güvənsizlik yarana bilər. Likvidlik niyə vacibdir? Bankların əsas işi müştərilərdən əmanət almaq və kredit verməkdir. Banklar kredit verdikdə həmin pul uzunmüddətli dövrə bağlanır, amma müştərilər istədikləri vaxt pullarını geri istəyə bilərlər. Likvidlik bu boşluğu dolduran təhlükəsizlik yastığıdır. Günay
    Click here to Read more
    Prev Article
    Canada’s Election Debate: Highlights
    Next Article
    “Müqəddəs Valentin tərbiyəsizin biri olub” - Vahid Əziz

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment