Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbi

    2 weeks ago

    5

    0

    Azərbaycanda mövcud olan 22 bankdan 9-u pulu əhalidən ən yüksək faizlə, yəni 12 faizlə qəbul etməyə başlayıblar. Hansı ki, banklara 12-dən yuxarı faizlə qoyulan vəsaitlər sığortalanmır. 2025-ci ilin yanvar-mart ayları üzrə inflyasiya göstəricisindən 2 dəfə çoxdur. Həmçinin maraqlıdır ki, bankların əhalidən cəlb etdikləri vəsaitin məbləği verilən kreditləri üstələyir. Mərkəzi Bankın məlumatına görə, təkcə 2025-ci ilin fevral ayında banklar fiziki şəxslərdən 137,2 milyon manat əmanət cəlb etsələr də, cəmi 77,7 milyon manat kredit veriblər. Maraqlıdır ki, bankların vəsaitləri qanunun imkan verdiyi ən yüksək faizlə qəbul etməsinə səbəb nədir? İqtisadçı Xalid Kərimli bildirib ki, 2023-cü ilin dekabrından etibarən Mərkəzi Bank bankların məcburi ehtiyat normalarını artırıb: "Nəticə etibarilə banklar vətəndaşlardan, hüquqi şəxslərdən cəlb etdikləri vəsaitlərin 20-25 faizini Mərkəzi Bankda ehtiyat norması kimi saxlamaq məcburiyyətində qaldılar. Resursların bir hissəsinin Mərkəzi Bankda ehtiyat norması kimi saxlamaq tələbi ona gətirib çıxarır ki, bankların cəlb etdikləri resursların mayası bahalaşır, eyni zamanda, əllərində olan resursların həcmi məhdudlaşır". Əmanətlərin faizlərinin artması özünü kreditlərin faizlərində də göstərir. Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin mart ayının əvvəlinə yeni verilmiş kreditlərin orta faizi 16,07 olsa da 2025-ci ilin eyni ayında bu göstərici 18,07 faizə yüksəlib.  
    Click here to Read more
    Prev Article
    Siqaret yenidən bahalaşdı
    Next Article
    AYNA-nın 34 milyonluq tenderləri ləğv edildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment