Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Banklar kimi "unikal əmanətçi" hesab edir?

    2 days ago

    3

    0

    Mərkəzi Bankın sədri Taleh Kazımovla iqtisadçıların görüşü keçirilib.  9 iqtisadçının iştirakı ilə aprelin 23-ü keçirilən görüşdə, sədr bank sistemi ilə bağlı bir neçə məsələyə toxunub. Görüş zamanı müzakirə olunan məsələlərdən biri unikal əmanət hesabları olub. Taleh Kazımov vurğulayıb ki, bu gün Azərbaycanda cəmi 150 min vətəndaşın əmanət hesabı var. Valyuta.az xəbər verir ki, bu, 2023-cü ilin sonundakı 106 min nəfərlə müqayisədə 40%-dən çox artım demək olsa da, bəzi iqtisadçılar düşünür ki, ölkə əhalisinin sayını nəzərə alsaq, bu rəqəmlər elə də böyük deyil.  Bəs kimlər "unikal əmanətçi" hesab olunur? "Unikal əmanətçi" dedikdə müəyyən bir dövr ərzində bank sektorunda yalnız bir dəfə nəzərə alınan əmanətə sahib olan şəxslər nəzərdə tutulur. Bu anlayış təkrar və ya çoxsaylı əmanət hesablarına baxmayaraq, bir şəxsin yalnız bir dəfə sayılması prinsipinə əsaslanır. Sadə dillə desək, əgər bir nəfər eyni bankda və ya fərqli banklarda bir neçə əmanət hesabı açıbsa, o, yenə də yalnız bir "unikal əmanətçi" kimi qeydə alınır. Bu statistika, ölkədəki insanların banklardakı əmanətlərinin ümumi sayını yox, aktiv şəkildə saxlanılan əmanətləri müəyyən etmək üçün istifadə olunur. Unikal əmanətçilərin sayı bank sektorunda əhalinin banklara olan etimad səviyyəsini ölçmək üçün istifadə olunur. Bundan başqa, maliyyə savadlılığını və bank xidmətlərinə çıxış səviyyəsini qiymətləndirmək imkanı verir, rəqəmsal bankçılıq və maliyyə inklüzivliyi strategiyalarının nəticələrini izləməyə kömək edir. Günay
    Click here to Read more
    Prev Article
    Why the Post Office paid £600m to stay shackled to the faulty Horizon system
    Next Article
    Toy qiymətləri bu halda daha yüksək olur -

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment