Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bank Respublika ABA-nın 35 illik yubileyinə həsr olunmuş tədbirdə mükafatlar qazandı

    1 week ago

    8

    0

    Finss.az - Bank Respublika ABA tərəfindən 5 nominasiya üzrə mükafata layiq görülüb Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2024-cü ildə uğurla həyata keçirdiyi sosial yönümlü layihələrinə görə Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən 5 nominasiya üzrə mükafatlara layiq görülüb. Mükafatlar ABA-nın 35 illik yubileyi münasibətilə təşkil olunmuş rəsmi tədbir çərçivəsində təqdim olunub. Tədbirdə dövlət nümayəndələri və ölkənin aparıcı maliyyə qurumlarının rəhbər şəxsləri iştirak ediblər. Qeyd edək ki, hər il keçirilən müsabiqədə ölkə banklarının il ərzində həyata keçirdiyi layihələr Assosiasiyanın müstəqil ekspert qrupu tərəfindən qiymətləndirilir. Qiymətləndirmə zamanı layihələrin innovativliyi, cəmiyyətə təsiri, davamlılıq strategiyaları və nəticələr əsas meyarlar kimi nəzərə alınır. 2024-cü ildə Bank Respublika tərəfindən həyata keçirilən bütün layihələr ekspertlər tərəfindən yüksək qiymətləndirilərək 5 nominasiya üzrə qalib seçilərək mükafata layiq görülüb: Korporativ sosial məsuliyyət; Təhsil dəstəkçisi; Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü; Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi; Dayanıqlı bankçılıq üzrə layihələr (ESG); Bu uğurlar Bank Respublika-nın ölkənin bank sektorunda aktiv rolu, sosial məsuliyyətə verdiyi önəm və cəmiyyətə yönəlik strategiyalarının nəticəsidir. Bank gələcəkdə də innovativ və inklüziv təşəbbüslərlə fəaliyyətini davam etdirməyi hədəfləyir. Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    "3 aya ingilis dilini öyrən", "4 aya rus dilində sərbəst danış" elanlarına inanaq?
    Next Article
    'İmamoğlu' operasyonundan günler önce... Erdoğan'a yapılan 'Kanal İstanbul' sunumunun ayrıntıları ortaya çıktı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment