Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Bank of Baku"nun istehlak və ipoteka kredit portfelləri artıb

    11 hours ago

    1

    0

    Bank of Baku ASC 2025-ci ilin yanvar-mart aylarında ümumi kredit portfelində 2,19% artım qeydə alıb. Finss.az bankın maliyyə hesabatına əsasən xəbər verir ki, bankın kredit portfeli 777 min 44 manata yüksəlib. Müqayisə üçün, 2024-cü ilin ilk rübündə bu göstərici 760 min 425 manat idi. Bankın biznes kredit portfeli üzrə isə azalma müşahidə olunub — 2025-ci ilin ilk rübündə bu sahədə kreditlər 3,70% azalaraq 137 min 592 manata düşüb. 2024-cü ilin analoji dövründə bu məbləğ 142 min 882 manat təşkil edirdi. İstehlak kreditləri sahəsində Bank of Baku mühüm artıma nail olub. İstehlak kredit portfeli 20,80% artaraq 588 min 977 manata çatıb. 2024-cü ilin eyni dövründə bu rəqəm 487 min 565 manat idi. İpoteka kredit portfeli də ciddi şəkildə genişlənib — 29,76% artım nəticəsində ipoteka kreditləri 50 min 474 manata yüksəlib. 2024-cü ilin ilk rübündə bu göstərici 38 min 896,54 manat olub. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    "TuranBank"ın kredit portfeli artıb
    Next Article
    Danimarka İxrac və İnvestisiya Fondu ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment