Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bank Melli İran Bakı filialı depozit portfelində ciddi azalma, xalis mənfəətdə geriləmə yaşanıb

    5 days ago

    4

    0

    Bank Melli İran Bakı filialının 2025-ci ilin I rübü üzrə maliyyə göstəriciləri bankın maliyyə vəziyyətində ciddi azalmaların baş verdiyini göstərir. Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, filialın depozit portfeli 27,14% azalaraq yalnız 35 256 manata düşüb. 2024-cü ilin yanvar-mart dövründə depozit portfeli 48 388 manat idi. Bu, bankın müştəri cəlb etmə qabiliyyətinin zəif olduğunu və etibar itkisi yaşadığını göstərir. Bundan əlavə, filialın xalis mənfəəti 38,14% azalaraq 1 529 336 manata enib. 2024-cü ilin eyni dövründə xalis mənfəət 2 472 190 manat təşkil edirdi. Bu azalma, bankın ümumi gəlirliyində ciddi itkiləri və fəaliyyətindəki zəifliyi göstərir. Filialın aktivləri isə 4,49% artaraq 119 977 manata yüksəlib. 2024-cü ilin eyni dövründə aktivlər 114 827 manat idi. Aktivlərdəki bu müsbət artım, müəyyən dərəcədə bankın maliyyə vəziyyətindəki çətinlikləri kompensasiya etsə də, depozit portfelindəki azalma və xalis mənfəətin geriləməsi bankın gələcəkdə daha böyük çətinliklərlə üzləşə biləcəyini göstərir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    "International Leasing" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilib
    Next Article
    As markets sank, retail investors bought the dip - & this Gen AI tool led the way

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment