Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Bank BTB"nin depozit portfeli və xalis mənfəəti kəskin şəkildə azalıb

    4 days ago

    3

    0

    Bank BTB ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri, bankın maliyyə vəziyyətində ciddi geriləmələrin baş verdiyini açıq şəkildə göstərir. Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın depozit portfeli 78,38% azalaraq 146 908 manata düşüb. 2024-cü ilin yanvar-mart dövründə depozit portfeli 679 434 manat idi. Bu, bankın müştəri etibarını və investisiya cəlb etmə qabiliyyətini ciddi şəkildə itirdiyini göstərir. Bankın xalis mənfəəti də eyni zamanda 46,09% azalaraq 814 000 manata enib. 2024-cü ilin eyni dövründə xalis mənfəət 1 510 000 manat idi. Bu azalma, bankın ümumi gəlirliliyində ciddi itkilər olduğunu və fəaliyyətindəki zəiflikləri ortaya qoyur. Bununla yanaşı, bankın aktivləri cüzi şəkildə 0,44% azalaraq 367 313 manata düşüb. 2024-cü ilin eyni dövründə bu göstərici 368 949 manat təşkil edirdi. Aktivlərdəki kiçik azalmanın, ümumilikdə bankın maliyyə gücünü zədələdiyi görünür. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Hindistan və Pakistan arasında eskalasiya yeni silahlı qarşıdurma təhlükəsi yaradır
    Next Article
    "Expressbank"ın depozit portfeli və aktivləri artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment