Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Bank Avrasiya"nın biznes və istehlak kreditləri azalıb

    1 day ago

    1

    0

    Bank Avrasiya ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə göstəriciləri, kredit portfelinin ümumi azalma trendini izlədiyini göstərir. Finss.az bankın maliyyə hesabatına əsasən xəbər verir ki, bankın ümumi kredit portfeli 3,33% azalaraq 131 627 manata düşüb. 2024-cü ilin eyni dövründə bu göstərici 136 164 manat idi. Biznes kredit portfeli də azalmağa davam edib və 7,28% enərək 59 197 manata geriləyib. 2024-cü ilin yanvar-mart dövründə biznes kredit portfeli 63 846 manat idi. Bu, bankın biznes sektorundakı fəaliyyətində qeyri-aktivliyin və ya tələbin azalmasının göstəricisidir. İstehlak kredit portfeli də azalmağa meyllidir və 1,36% azalaraq 15 100 manata düşüb. 2024-cü ilin eyni dövründə bu göstərici 15 308 manat idi. Bu da istehlakçıların kreditə olan tələbinin bir qədər zəiflədiyini göstərir. Lakin bankın ipoteka krediti sahəsində müsbət bir inkişaf var. İpoteka kredit portfeli 2,34% artaraq 57 330 manata yüksəlib. 2024-cü ilin yanvar-mart dövründə bu göstərici 56 016,73 manat idi. Bu, bankın müştərilərinə uyğun ipoteka şərtləri təklif etməsi və bu sahədə müsbət bir dəyişiklikə nail olması deməkdir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycan nümayəndə heyəti İƏT-in Ərzurumda keçirilmiş Turizm nazirlərinin 6-cı iclasında iştirak edib
    Next Article
    "Bank VTB (Azərbaycan)"nın biznes, istehlak və ipoteka kreditləri artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment