Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Bank Avrasiya" ASC-nin vaxtı keçmiş kreditləri 20 mln. manatı ötüb

    2 weeks ago

    7

    0

    2025-ci ilin I rübünə "Bank Avrasiya" ASC-nin vaxtı keçmiş kreditləri 20 mln. 177.16 min manata çatıb. Valyuta.Az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, bankın 131 mln. 627.42 min manatlıq kredit portfelinin 15.33%-nə bərabərdir. Məlumata əsasən, vaxtı keçmiş kreditlər ən çox kənd təsərrüfatı sahəsində verilib. Belə ki, bu sahədə vaxtı keçmiş kreditlərin həcmi 6 mln. 837.97 min mnaat təşkil edib.  Emal sənayəsi üzrə verilmiş kreditlərin də 5.16%-i vaxtı keçmiş kreditlər təşkil edib. Belə ki, cari ilin I rübünün sonunda bu sahədə sözügedən kreditlərin miqdarı 6 mln. 789.56 min manat olub. Qeyd edək ki, bankın emal sənayesi üzrə verdiyi kreditlərin həcmi  17 mln. 737.27 min manat təşkil edib.  Tikinti sahəsi üzrə verilmiş kreditlərdə vaxtı keçmiş kreditlərin həcmi 45.09 min manat təşkil edib.   Ticarət müəssisələrinə ayrılmış kreditlərdə 1 mln. 412.44 min manat, digər qeyri-istehsal və xidmət sahələrinə ayrılmış kreditlərdə isə 2 mln. 210.81 min manat vaxtı keçmiş kreditlər mövcud olub.   Hesabat dövründə şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə ayrılmış 72 mln. 430.88 min manat kreditin 2.19 %-i və ya 2 mln. 881.28 min manatı vaxtı keçmiş kreditlər olub. Rəhim
    Click here to Read more
    Prev Article
    Ağdamda tibb məntəqəsinin tikintisinə 700 min ayrıldı
    Next Article
    Bu şəxslərə pulsuz ev veriləcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment