Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyuldu

    1 week ago

    2

    0

    Bakı ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşdiyindən məhdudiyyətlər tətbiq edilib. Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Qeyd olunub ki, Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Problemlə bağlı NİİM tərəfindən aidiyyəti üzrə məlumat verilib. Bundan başqa Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi və Aeroport şosesi, Hava Limanının yaxınlığından mərkəz istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. Vurğulanıb ki, hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.
    Click here to Read more
    Prev Article
    Müəllimlərin repititorluq fəaliyyəti qadağan olunacaq? - AÇIQLAMA
    Next Article
    İnsanları oğurlayıb zorla işlədən azərbaycanlı dəstə ələ keçirildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment