Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bakıda yeni və köhnə tikililərdə qiymətlər açıqlandı - Hansı rayonda ev daha ucuzdur?

    7 hours ago

    2

    0

    “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi Bakının 12 rayonundan 9-da mənzillərin qiymətləri ilə bağlı araşdırma aparıb. Valyuta.az xəbər verir ki, bu barədə "Report"a qurumun sədri Vüqar Oruc məlumat verib. Onun sözlərinə görə, araşdırma zamanı paytaxtın ən tanınmış küçələrində yerləşən yeni və köhnə yaşayış binalarındakı mənzillərin 1 kvadrat metrinin satış qiymətləri toplanılaraq rayon üzrə orta qiymət hesablanıb. Eyni zamanda yeni və köhnə tikililər arasında qiymət fərqləri müəyyən edilib. Beləliklə, Nizami rayonunda yeni tikililərdə qiymət 2 780–3 025 manat, köhnə tikililərdə qiymət 2 533–2 610 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 633 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 9–15 % intervalındadır. Xətai rayonunda yeni tikililərdə qiymət 2 020–3 408 manat, köhnə tikililərdə qiymət 1 806–3 050 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 467 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 7–19 % intervalındadır. Yasamal rayonunda yeni tikililərdə qiymət 2 205–3 985 manat, köhnə tikililərdə qiymət 1 940–3 182 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 822 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 5–24 % intervalındadır. Nərimanov rayonunda yeni tikililərdə qiymət 2 517–3 980 manat, köhnə tikililərdə qiymət 2 312–3 250 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 3 006 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 3,4–16,5 % intervalındadır. Nəsimi rayonunda yeni tikililərdə qiymət 2 375–4 115 manat, köhnə tikililərdə qiymət 2 014–3 742 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 3 126 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 3–45 % intervalındadır. Binəqədi rayonunda yeni tikililərdə qiymət 2 583–2 941 manat, köhnə tikililərdə qiymət 1 536–2 710 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 563 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 7–42 % intervalındadır. Suraxanı rayonunda yeni tikililərdə qiymət 1 752–2 230 manat, köhnə tikililərdə qiymət 1 420–1 995 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 1 836 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 10–23 % intervalındadır. Xəzər rayonunda yeni tikililərdə qiymət 1 930–2 195 manat, köhnə tikililərdə qiymət 1 635–1 845 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 1 913 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 14–24 % intervalındadır. Sabunçu rayonunda yeni tikililərdə qiymət 2 120–2 562 manat, köhnə tikililərdə qiymət 1 875–2 239 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 226 manat təşkil edir. Yeni və köhnə tikililər arasında qiymət fərqi 10–17 % intervalındadır.
    Click here to Read more
    Prev Article
    Başkan Erdoğan'dan İlim Yayma Cemiyeti'ne duygusal mesaj
    Next Article
    Ankara-Sivas YHT Hattı'nda yolcu sayısı 1,7 milyona yaklaştı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment