Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bakıda yeni binalarda mənzilin bir kvadratının tikintisi neçəyə başa gəlir?

    6 hours ago

    1

    0

    “Yeni tikili mənzillərin ərazi üzrə qiymət formalaşması mövcuddur. Bahalı mənzillər əsasən şəhərin mərkəzində yerləşir və o da yerləşdiyi ərazidəki torpağın qiyməti ilə bağlıdır”. Valyuta.az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.   Onun sözlərinə görə, elə yerlər var ki, torpağın bir kvadrat metrinin dəyəri 5 min manatdan da yuxarıdır: “Buraya paytaxın Nərimanov, Səbail, Nəsimi və s. rayonunlarını göstərmək olar. Şəhərin mərkəzinə yaxın elə ərazilər isə var ki, orada yeni tikili binalarda mənzillərin bir kvadrat metrinin qiyməti nisbətən aşağı - yəni 2400-2800 manat aralığındadır”. Ekspert söyləyib ki, bəzi ərazilərdə binanın tikinti, layihələndirmə, inzibati və digər xərcləri toplayanda bir kvadrat metrin xərci 1500-1700 manat aralığında dəyişir: “Amma müqayisə etdikdə görürük ki, bu xərc şəhərin mərkəzində 2 min manatı keçir. Belə olanda sahibkar da onun üzərinə ən azı 20 faizlik gəlir qoyub satır. Təbii ki, qiymət yüksəkdir. Amma qiymətlərin enməsi üçün sahibkarlara müəyyən dəstək göstərilməlidir”. R.Qasımzadə paytaxda ən ucuz satılan tikililərin yerləşdiyi ərazilərdən də danışıb. O bildirib ki, Qaradağ, Suraxanı və Sabunçu rayonlarında qiymətlər 1400-1500 manat aralığındadır.
    Click here to Read more
    Prev Article
    Yayda səyahət ediləcək sərfəli ölkələr və qiymətlər
    Next Article
    Azərbaycanda yeni medal təsis ediləcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment