Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bakıda taksi sürücüsünün evində gizlətdiyi qızlar sığınacağa yerləşdirildi

    14 hours ago

    1

    0

    Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində itkin düşdükdən 10 gün sonra taksi sürücüsünün evindən tapılan Aygün Hüseynova və Reyhan Hüseynova sığınacağa yerləşdirilib. Teleqraf-ın əldə etdiyi xəbərə görə, yeniyetmə qızlar hazırda "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağındadır. Sığınacağın psixoloqu onlarla söhbət aparıb. Hər iki qıza sosial-psixoloji yardım göstərilib. Birliyin sədri Kəmalə Ağazadə Teleqraf-a açıqlamasında A.Hüseynova və R.Hüseynovanın "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağına yerləşdirildiyini təsdiqləyib. Qeyd edək ki, aprelin 16-da saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayıqızı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar. Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.
    Click here to Read more
    Prev Article
    Dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfərdən biri zərərsizləşdirildi, üçü saxlanıldı
    Next Article
    Baidu, ERNIE X1 Turbo ve ERNIE 4.5 Turbo Modellerini Duyurdu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment