Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bakıda sığorta müraciətləri 70%-i keçdi – Leysanın yaratdığı fəsadlar açıqlandı

    1 week ago

    3

    0

    15-16 aprel tarixlərində ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və normadan artıq yağan intensiv yağışlar nəticəsində bir sıra hadisələr baş verib. Bu hadisələr sığortalanmış avtonəqliyyat vasitələri, daşınar və daşınmaz əmlaklara ciddi ziyan vurub. Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib. 8 sığorta şirkətinə 769 müraciət daxil olub ASA-nın bildirdiyinə görə, yerli sığorta bazarı iştirakçılarından bu günə qədər əldə edilən son məlumatlara əsasən, baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə ümumilikdə 769 müraciət daxil olub. Müraciətlərin bölgüsü aşağıdakı kimidir: 512 müraciət – Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 157 müraciət – Daşınmaz əmlakın icbari sığortası 77 müraciət – Kasko sığortası 21 müraciət – Əmlakın yanğından və digər risklərdən sığortası Hər biri üzrə 1 müraciət – Fərdi qəza sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası Zərər həcmi 1 milyon manatı keçə bilər Sığorta şirkətlərindən əldə edilən məlumata əsasən, 294 hadisə üzrə ilkin zərər məbləği 241 030 manat təşkil edir. Qalan 475 hadisə üzrə isə zərərin qiymətləndirilməsi prosesi davam edir. Hazırda bütün müraciətlər hadisələrin tənzimlənməsi və qiymətləndirilməsi mərhələsindədir. Sığorta hadisəsi kimi tanınan hallara görə ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur. Assosiasiya qeyd edir ki, qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləğinin 1 milyon manatdan çox olacağı gözlənilir. Ən çox zərər Bakıda qeydə alınıb Məlumatda həmçinin bildirilir ki, müraciətlərin 70%-i Bakıda, 30%-i isə ölkənin digər bölgələrində qeydə alınıb.
    Click here to Read more
    Prev Article
    Polşa Fransanın nüvə çətiri altında olmaq istəyir
    Next Article
    Nyu-York birjasında təbii qaz ucuzlaşıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment