Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs edildi - FOTO

    1 week ago

    3

    0

    Bakının Nizami rayonunda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs edilib. Bu barədə HİT.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriilib. Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Chevrolet” markalı, 90-YL-782 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kamran Ağaliyev saxlanılıb. Sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi də müəyyən olunub. Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Ağaliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, on beş gün inzibati qaydada həbs edilib.
    Click here to Read more
    Prev Article
    Ombudsman “Aprelin işığında qadının səsi” adlı tədbirdə iştirak edib
    Next Article
    Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun tikintisi sürətlə davam etdirilir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment