Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bakıda məşhur klubun fəaliyyəti dayandırıldı

    2 weeks ago

    7

    0

    Bakıda yanğın təhlükəli əyləncə klubunun fəaliyyəti dayandırılıb. Valyuta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, ev 7 ünvanında yerləşən “Paramount Baku” gecə əyləncə klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki: - elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb; - obyektdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib; - obyekt normaya uyğun sayda köçürmə çıxışları ilə təmin olunmayıb; - təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb; - obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb; - obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, ev 7 ünvanında yerləşən “Paramount Baku” gecə əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.  
    Click here to Read more
    Prev Article
    Google, Yunuslarla Konuşan Yapay Zekâ Modelini Duyurdu
    Next Article
    Onların sürücülük vəsiqəsi 2 illik olacaq - Sonra yenidən yoxlanılacaqlar

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment