Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Bakıda 7,5 milyon manata mənzil satılır - FOTOLAR

    1 week ago

    3

    0

    "Port Baku Residence"də 7 500 000 AZN-ə mənzil satılır. 9 otaqlı, ümumi sahəsi 1 050 kvadratmetr olan yeni tikilinin kvadratmetri 7 140 manat təşkil edir. Valyuta.az bu barədə Teleqraf-a istinadən xəbər verir. Mənzil 33 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. "White box" formatında təklif olunur. Bu isə alıcılara öz zövqlərinə uyğun interyer dizaynı yaratmaq imkanı verir. Mənzilin ən böyük üstünlüklərindən biri isə 350 m²-lik geniş terrasdır. Buradan həm şəhərə, həm də Xəzər dənizinə möhtəşəm mənzərə açılır. Kompleksin təqdim etdiyi infrastruktura açıq hovuz, bar, kino zalı, 24/7 mühafizə xidməti, yeraltı avtodayanacaq, sürətli liftlər, geniş həyət və elit qonşuluq daxildir. Ətrafda isə beynəlxalq brendlərin mağazaları, lüks restoranlar və müxtəlif ticarət mərkəzləri yerləşir. Mənzil çıxarışlıdır və ipoteka ilə də əldə oluna bilər. Satıcının bildirdiyinə görə, fikri ciddi olan alıcı ilə qiymətdə razılaşma da mümkündür.
    Click here to Read more
    Prev Article
    DİM imtahanların düzgün cavablarını AÇIQLADI
    Next Article
    7-20 aprel aralığında bank kartlarından 423 min manat oğurlanıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment