Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “Aztelekom”un dəstəyi ilə Bakıda “4-cü İllik SƏTƏMM Konfransı” keçiriləcək

    6 days ago

    3

    0

    Finss.az - “Aztelekom” MMC aprelin 26-da keçiriləcək “4-cü İllik SƏTƏMM Konfransı”nın premium dəstəkçisi qismində çıxış edir. 2019-cu ildən etibarən təşkil olunan bu konfrans 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunur. “Hyatt Regency Baku” hotelində keçiriləcək tədbirdə yerli mütəxəssislərlə yanaşı, Böyük Britaniyanın Əməyin Mühafizəsi və Sağlamlıq İnstitutu (IOSH) da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. Konfransda əməyin təhlükəsizliyi, keyfiyyət və digər aktual məsələlər müzakirə ediləcək və SƏTƏMM sahəsində ən yaxşı təcrübələr təqdim olunacaq. Qeyd edək ki, “Aztelekom” MMC genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın “Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı” (Speedtest Award for Fastest Fixed Network) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan “İDATE” şirkətinin “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Ötən gün müğənni Mərdan Kazımovun ilk solo konserti baş tutub – FOTO/VİDEO
    Next Article
    21 aprel 2025-ci il tarixində “PAŞA Həyat” və “Sea Breeze” kurort şəhərciyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment