Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “Azpulmat” vətəndaşların şəxsi kontaktlarına necə və niyə DAXİL olur? –ŞİKAYƏT

    1 hour ago

    2

    0

    İnsanların kontaktına daxil olur, yaxın qohumlarının, dost və tanışlarının əlaqə nömrəsini götürərək zəng edirlər. Söhbət bank olmayan kredit təşkilatı Azpulmatdan gedir. Məsələ ictimaiyyətdə ciddi müzakirə yaradıb. Özləri barədə məlumatları yaxınlarının bilməməsini istəyən bəzi vətəndaşlar təşkilatın bu addımını qanunsuz adlandırıblar. Ümumiyyətlə şəxsi kontakta daxil olmaq mümkündürmü? Bu addım doğrudurmu? Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında kiredit-mütəxəssisi Əkrəm Həsənov bildirib ki, əgər həmin şəxs özü o kontaktları verirsə, əlbəttə olar, ancaq, digər halda kibercinayət sayılır: ““Azpulmat”-ın bu addımı heç bir şəkildə düzgün deyil. Elə vaxt olur ki, kredit təşkilatından bir neçə dəfə zənglər gələrək “filankəsin kreditinə görə narahat edirik” deyirlər. Bu məsələ ilə bağlı vətəndaş şikayət də edə bilər, məhkəməyə də verə bilər. O ki qaldı kontaktlara daxil olmaq məsələsinə, çox maraqlıdır, onlar hardan tapırlar şəxsi telefonda olan kontaktları, bu birbaşa cinayətdir!” - deyə mütəxəssis bildirib. Məsələni dəqiqləşdirmək üçün bank olmayan kredit təşkilatı “Azpulmat”a müraciət etdik. Bildirildi ki, bəli, belə bir gedişat mövcuddur: “Ancaq, biz kredit əldə edən şəxsə öncədən müqavilə ünvanlayırıq. O müqavilə ilə razılaşırsa, bizim müqavilənin müvafiq bəndində kontaktlara daxil olmaqla bağlı icazə qeyd olunub. Yəni bu icazə ilə bağlı olan məsələdir”- deyə bildirilib. Gedişatın hansı funksiya ilə həyata keçirildiyinə gəlincə, “Azpulmat”dan absurd cavab gəlib: “Bunu heç biz də bilmirik, birbaşa sistem vasitəsi ilə olan gedişatdır”, - deyə bildirilib.
    Click here to Read more
    Prev Article
    As Tensions Rise With Pakistan, a Moment of Truth for India’s Military
    Next Article
    Kallasın Bakı səfərinin əsl məramı nə idi?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment