Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Azərişıq"ın Qarabağla bağlı yeni layihəsi - Milyonlar ayrıldı

    1 week ago

    7

    0

    “Azərişıq” ASC Qarabağda yeni ərazilərin işıqlandırılması ilə bağlı layihəyə start verib. Valyuta.az xəbər verir ki, işıqlandırılması nəzərdə tutulan ərazilər Ağdam rayonu Güllücə, Nəmirli, Tağıbəyli, Qərvənd və Salahlı Kəngərli yaşayış məntəqələridir. Belə ki, “Azərişıq” ASC-nin elan etdiyi tender adı çəkilən məntəqələrin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq yeni iki dövrəli ÖİN(SİP-3) elektrik verilişinin satınalınması ilə bağlıdır. Start veriləcək layihə üçün qurum 9 milyon 563 min 540 manat maliyyə təklif edir. Bu layihə üçün təkliflərin son təqdim olunma tarixi may ayının 19-u qeyd olunub. Qeyd edək ki, “Azərişıq” Qarabağ ərazisinin işıqlandırılması ilə bağlı son aylarda 4 tender elan edib.  Hal-hazırda qüvvədə olan bu tenderlərin ümumi qiyməti 22 milyon 560 min 807 manat hesablanıb. “Azərişıq” ASC-nin həyata keçirmək istədiyi layihələrin 2-si Kəlbəcər şəhəri, Ağdam, Ağdərə, Xocalı və Xocavənd şəhərlərinin elektrik təchizatı üçün nəzərdə tutulub.  Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    "Green card"ın nəticələri bu tarixdə açıqlanacaq
    Next Article
    Yükdaşıma şirkətləri ilə bağlı yeni tələblər - 50 000 manat

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment