Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “Azəriqaz”ın təşəbbüsü, ETN-nin dəstəyi ilə tələbələrlə görüş keçirildi – VİDEO

    1 week ago

    2

    0

    visiontv.az bildirir ki, əsasən payız-qış mövsümündə, havaların soyuq keçdiyi aylarda dəm qazından zəhərlənmə, boğulma halları baş verir. Statistik məlumatlar göstərir ki, dəm qazından zəhərlənmə daha çox kirayə evlərdə yaşanır. Xüsusi ilə tələbələr büdcələrinə uyğun olaraq daha münasib, ancaq standartlara uyğun olmayan qaz cihazları ilə təchiz olunan fərdi yaşayış evlərinə və ya mənzillərə üstünlük verirlər. Üstəlik, tüstü bacalarının vaxtında təmizlənməməsi də dəm qazından boğulma hallarını qaçılmaz edir. Məhz bu səbəbdən “Azəriqaz” İB bu aksiyaya start verərək, tələbələrlə mütəmadi görüşlərə qərar verib. Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov gözə görünməyən, rəngsiz, qoxusuz olan dəm qazının yaranma səbəblərini, ondan necə qorunmağın yollarını tələbələrə izah edib. Şöbə rəisinin sözlərinə görə mülk sahibi kirayə verməzdən öncə evini qışa hazırlamalı, bacaları təmizlətməli, istilik sistemindəki problemləri həll etməlidir. Həmçinin tələbələr də yaşadıqları mənzillərdə, habelə kirayə ev axtardıqları zaman bu hallara mütləq şəkildə diqqət göstərməlidirlər. Dəm qazının natamam yanma prosesi nəticəsində yarandığını deyən şöbə rəisi qeyd edib ki, bu halın baş verməsinə texniki nasazlıq, havalandırma sisteminin düzgün işləməməsi, istismar müddəti bitmiş cihazlardan istifadə səbəb olur. “Buna görə də qaz sobalarının, su qızdırıcılarının müntəzəm yoxlanışı, texniki baxışı vacibdir. Bu cihazların havalandırma sistemləri qapalı mühitdən çıxan qazı kənarlaşdırmaq üçün optimal şəkildə qurulmalıdır. Dəm qazı zəhərlənməsindən qorunmaq üçün detektorların quraşdırılması tövsiyə olunur. Bu cihazlar qaz sızmasını hiss edərək xəbərdarlıq siqnalı verir ki, bu da insanları vaxtında təhlükədən xəbərdar edir”, – deyə qurum rəsmisi əlavə edib. Daha sonra görüş ünvanlanan sualların cavablandırılması ilə davam edib.
    Click here to Read more
    Prev Article
    Xankəndidə həm sosial, həm də təhsil həyatı öz axarına qayıdıb
    Next Article
    Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Hüseynovun qalıqları Suraxanıda dəfn olunub

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment