Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “Azəri Mərkəzi Şərqi” platformasından 1 ildə 852 min ton neft hasil olunub

    1 week ago

    3

    0

    “Azəri-Çıraq-Günəşlı” (AÇG) qaz-kondensat yataqları blokunda yerləşən “Azəri Mərkəzi Şərqi” (ACE) platformasından bir il ərzində 852 min ton neft hasil olunub. Bu barədə Finss.az Energetika Nazirliyinə istinadən xəbər verir. ““Azəri Mərkəzi Şərqi” (ACE) platformasından ilk neft hasilatına başlanılmasından 1 il ötür. “Azəri-Çıraq-Günəşli” yatağında quraşdırılmış yeddinci platforma olan ACE-dən bu günədək təqribən 852 min ton neft hasil edilib”, - məlumatda qeyd olunur. Bildirilir ki, ACE texnoloji və rəqəmsal baxımdan ən qabaqcıl platformalardan biridir. Onun innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verir. Bu da əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Naxçıvanda ÜDM artıb, sənaye istehsalında isə azalma müşahidə olunub
    Next Article
    OPEC+ ölkələri artıq neft hasilatının kompensasiya planlarını yenilədi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment