Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “AzerGold” Yer Gününü ağacəkmə və ekoloji tədbirlərlə qeyd edib

    1 week ago

    4

    0

    Finss.az - “AzerGold” QSC-nin təşəbbüsü ilə  22 Aprel – Beynəlxalq Yer Günü münasibətilə ekoloji və maarifləndirici tədbirlər təşkil edilib. Beynəlxalq Yer Günü həftəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə aprelin 21-də Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Aksiyada ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, eləcə də hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak edib. Tədbir zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Aprelin 22-də isə “AzerGold”un rəhbər heyəti və əməkdaşlarının Abşeron rayonunun Qobustan kəndinin ərazisində yerləşən Palçıq Vulkanları Turizm Kompleksinə ekskursiyası təşkil edilib. Ekskursiya çərçivəsində ərazidəki palçıq vulkanları barədə məlumat verilib, Səhmdar Cəmiyyətinin heyəti “Qılınc” palçıq vulkanını yaxından izləyiblər. Kompleksdə planetimizin təkamül prosesini nümayiş etdirən eksponatlarla zəngin olan sərgi zallarında heyvanat aləminin tarixinə dair faydalı məlumatlar təqdim olunub. “Minerallar” sərgisində  ölkəmizin fərqli bölgələrinə aid nadir qiymətli daşlar, kristallar və geoloji nümunələri, müxtəlif mineralların qarışıqlarından ibarət süxurlara baxış keçirilib. Qeyd edək ki, Beynəlxalq Yer Günü ilk dəfə 1970-ci ilin aprelin 22-də ABŞ-də qeyd olunub. Həmin vaxt 20 milyona yaxın insan ətraf mühitin qorunmasına diqqəti artırmaq üçün müxtəlif tədbirlər təşkil edərək, öz mövqelərini ifadə edib. 2009-cu ildə isə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, “Beynəlxalq Yer Günü” hər il aprelin 22-də beynəlxalq səviyyədə qeyd olunur. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    ABB Davos Forumu ilə tərəfdaşlığa başlayır
    Next Article
    İlon Mask dövlət işindən çəkilir: Tesla-nın gəliri 71% azalıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment