Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

    2 weeks ago

    5

    0

    Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu yeni satınalma müqaviləsi imzalayıb. Valyuta.Az xəbər verir ki, müqavilənin imzalandığı şirkət keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsus olduğu bildirilən  "İmprotex Motors" MMM-dir.  Tərəflər arasında imzalanan müqavilənin dəyəri 253.148 AZN-dir və bunun müqabilində şirkət “Azərdövlətlayihə”yə 1 ədəd sedan tipli xidməti minik avtomobili satacaq.  Qeyd edək ki, "İmprotex Motors" şirkəti 1998-ci ildə yaradılıb. Şirkət premium avtomobillərin satışını və servis xidməti göstərir. "İmprotex Motors" MMC-nin keçmiş nazir Füzuli Ələkbərova məxsus olduğu bildirilir. Məlumatlara görə, keçmiş nazir 1991-ci ildə "İmprotex" şirkətini təsis edib. Daha sonra şirkət holdinqə çevrilib və "İmprotex Group" adı altında fəaliyyət göstərib. "İmprotex Motors" MMC də "İmprotex Group" MMC-yə daxildir. Füzuli Ələkbərov 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyib. Rəhim
    Click here to Read more
    Prev Article
    "City Construction"ın 350 mindən çox borcu var
    Next Article
    "BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment