Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Azercell"in mobil nömrələri hərraca çıxarılır - 36 min manata...

    3 hours ago

    1

    0

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azercell Telekom" MMC-yə məxsus mobil telefon nömrələrini açıq hərraca çıxarır. Valyuta.az xəbər verir ki, hərrac 29 may tarixində, saat 10:00-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 139 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək. Satışa çıxarılan mobil nömrələrin qiyməti 4 000 manatdan 36 000 manatadək dəyişir. Hərracda iştirak etmək istəyən şəxslər lazımi sənədləri ən geci hərracın başlanmasına 3 bank günü qalmış Əmlak Xidmətləri Məkanına təqdim etməli və ƏMDX-nın Hərracların Təşkili Mərkəzinin hesabına beh ödəməlidirlər. Qeyd edək ki, "Azercell Telekom" MMC daha əvvəl də mobil nömrələri hərraca çıxarıb. Belə ki, 11 aprel tarixində nömrələr 1 800–6 000 manat, 24 aprel tarixində isə 800–75 000 manat aralığında satışa təqdim olunmuşdu. Keçən ilin 5 dekabr tarixində keçirilən hərracda isə nömrələr 1 080–75 000 manat arasında qiymətlə satılmışdı. Satışa çıxarılan mobil nömrələrin tam siyahısı ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz. Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    Telefonla Fotoğraf Çekmeyi Sevenlerin Aşık Olacağı Nubia Z70S Ultra Tanıtıldı
    Next Article
    "Nvidia"nın ən ucuz kartını təqdim etməyə hazırlaşır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment