Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanlı 9-cu sinif şagirdi Mehdi Qulubəyli Nyu-Yorkda keçirilən BMT Model Konfransında uğurla iştirak edib (FOTO)

    1 week ago

    4

    0

    Azərbaycanlı 9-cu sinif şagirdi Mehdi Qulubəyli Nyu-Yorkda keçirilən BMT Model Konfransında uğurla iştirak edib. Dünya sürətlə dəyişir. Bu dəyişimin mərkəzində isə ideyaları, baxış bucaqları və dəyərləri ilə yeni çağın ruhunu ifadə edən gənclər dayanır. Onlar daha sərhədsiz düşünür, daha çox məsuliyyət daşıyır və bəşəri problemlərə daha dərindən empati ilə yanaşırlar. Sevindirici haldır ki, Azərbaycan gəncliyi də bu qlobal dəyişimin yalnız müşahidəçisi deyil, eyni zamanda fəal iştirakçısına çevrilməkdədir. Bu gün bizim qürurumuz olan gənclərdən biri də Bakı şəhəri 34 nömrəli orta məktəbin 9-cu sinif şagirdləri – Mehdi və Banu Qulubəylilərdir. Onlar yalnız akademik bilikləri ilə deyil, həm də yüksək mənəvi dəyərlərə söykənən dünya görüşləri ilə fərqlənərək beynəlxalq uğura imza atıblar. Qardaş-bacı bu istedadlı məktəblilər dünyanın 194 ölkəsindən 7000 gəncin bir araya gəldiyi "Change the World Model United Nations New York 2025” (CWMUN) konfransında ölkəmizi BMT-nin baş qərargahında uğurla təmsil ediblər. Mehdi və Banu bu nüfuzlu platformada Azərbaycan gəncliyinin bilik, təfəkkür və liderlik potensialını dünyaya nümayiş etdirməklə yanaşı, "Outstanding Delegate” mükafatı ilə də təltif olunublar. Bu nailiyyət yalnız onların deyil, bütövlükdə Azərbaycan təhsil sisteminin və ailə dəyərlərinin uğurudur. Bu uğurlar bir daha təsdiqləyir ki, milli dəyərlərlə yetişən, ailə, məktəb və cəmiyyətin dəstəyini arxasında hiss edən Azərbaycan gənci, yalnız ölkə daxilində deyil, beynəlxalq platformalarda da öz sözünü deməyə qadirdir. Gələcəyimizi əmanət etdiyimiz bu cəsur və ağıllı gənclər bir daha sübut etdilər ki, Azərbaycanın sabahı – sağlam təməllər üzərində qurulan, qlobal düşünən, amma milli ruhunu itirməyən bir gənc nəsillə təminat altındadır. Qürur duyuruq sizinlə, Mehdi və Banu! Sizin uğur hekayəniz – bütün Azərbaycan gəncliyi üçün ilham mənbəyidir.
    Click here to Read more
    Prev Article
    Dövlət qurumlarında qanunsuzluqlar: DTX-yə müraciət edildi - Yeni DETALLAR
    Next Article
    Avro və rublun qiyməti artıb - Günün məzənnəsi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment