Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanın xarici sektor göstəriciləri müsbət olaraq qalır – AMB

    1 week ago

    2

    0

    Finss.az - Azərbaycanın xarici sektor göstəriciləri 2025-ci ilin ilk rübündə də ümumilikdə müsbət dinamikanı qoruyub. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinə dair açıqladığı press-relizdə bildirilir. Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən, ilin ilk üç ayında xarici ticarət balansında müsbət saldo qeydə alınıb. Belə ki, 2025-ci ilin I rübündə xarici ticarət balansının profisiti 722.92 milyon ABŞ dolları təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəm 2.273 milyard dollar olub. Mərkəzi Bankın qiymətləndirməsinə əsasən, ilin yekununda tədiyə balansının cari hesabının da profisitli olması proqnozlaşdırılır. Bu isə xarici iqtisadi münasibətlərdə sabitliyin davam etdiyini göstərir. Cari əməliyyatların əsas hissəsini xarici ticarət əməliyyatları təşkil etsə də, müsbət saldonun azalması ixrac və idxal nisbətlərində dəyişikliklərin baş verdiyini göstərir. Buna baxmayaraq, AMB hesab edir ki, ölkənin makroiqtisadi sabitliyi və xarici mövqeyi hələ də möhkəmdir.
    Click here to Read more
    Prev Article
    AMB: Pul siyasəti alətləri bank sisteminin likvidlik mövqeyinə uyğun tənzimlənir
    Next Article
    OpenAI ve The Washington Post, ChatGPT için İçerik Ortağı Oldu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment