Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanın Ukraynaya investisiyaları azalıb

    1 week ago

    5

    0

    2024-cü ildə Azərbaycanın Ukrayna iqtisadiyyatına birbaşa xarici investisiyaları 6 milyon ABŞ dolları təşkil edib. Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Məlumata görə, bu göstərici 2023-cü il ilə müqayisədə 17,6 milyon ABŞ dolları və ya 3,9 dəfə azdır. Həmçinin, Ukraynaya yatırılan Azərbaycan investisiyalarının ümumi birbaşa xarici investisiyaların payı 0,3% olub. Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın Ukraynaya yatırdığı investisiyalar 23,6 milyon ABŞ dolları təşkil edirdi. 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları həcmində olub. Bu, 2023-cü illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir. Eyni zamanda, Azərbaycandan xarici ölkələrə yönəldilən birbaşa xarici investisiyalar 1,762 milyard ABŞ dolları olub. Bu, 2023-cü ildən 1,354 milyard ABŞ dolları və ya 43,3% azalma göstərir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Leysan olan gün evdən qaçıblarmış - Aygünün atası danışdı
    Next Article
    Hindistanın infrastruktur sektoru 3,8% artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment