Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanın turizm potensialı KITF-2025 sərgisində təqdim olunur

    2 days ago

    3

    0

    Finss.az - Azərbaycanın turizm imkanları 23-25 aprel tarixlərində Almatı şəhərində Mərkəzi Asiya üzrə mühüm turizm tədbirlərindən olan Qazaxıstan Beynəlxalq Turizm Sərgisində (KITF-2025) nümayiş etdirilir. Tədbirdə ölkəni Azərbaycan Turizm Bürosu ilə yanaşı, ümumilikdə 11 yerli sənaye tərəfdaşı, o cümlədən “Azərbaycan Hava Yolları” (AZAL) QSC və "Şahdağ" Turizm Mərkəzi təmsil edir. Milli stenddə ziyarətçilərə Azərbaycanın turizm məhsulları və xidmətləri təqdim olunur, Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları tanıdılır, həmçinin "Konstitusiya və Suverenlik İli" çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir. Sərgi zamanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə ilə Qazaxıstan Respublikasının Mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev arasında görüş keçirilib. Görüşdə ikitərəfli münasibətlər və mümkün əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin milli stendi Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov ziyarət edib. Qeyd edək ki, 2025-ci ilin ilk rübündə Qazaxıstandan Azərbaycana səfər edən ziyarətçilərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 10% artım müşahidə edilib. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Starmer Trampa etiraz edib: Zelenski Ukraynada müharibənin davam etməsində günahkar deyil
    Next Article
    AI‑92 idxalı 4,5 dəfə artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment