Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanın Sinqapura investisiyaları azalıb

    1 week ago

    3

    0

    2024-cü ildə Azərbaycandan Sinqapur iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmi 7,2 milyon ABŞ dolları təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Göstəricilər göstərir ki, bu rəqəm 2023-cü illə müqayisədə 6,3 milyon ABŞ dolları və ya 46,6% azalma deməkdir. Müqayisə üçün qeyd edək ki, ötən il Azərbaycandan Sinqapura yatırılan investisiyaların ümumi həcmi 13,5 milyon ABŞ dolları olub. Hesabat dövründə Sinqapura yönəlmiş Azərbaycan sərmayələrinin birbaşa xarici investisiyaların ümumi həcmində payı 0,4% təşkil edib. Ümumilikdə, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarını ötüb ki, bu da 2023-cü illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir. Digər tərəfdən, Azərbaycan tərəfindən xarici ölkələrin iqtisadiyyatlarına yönəldilən birbaşa investisiyaların həcmi 1,8 milyard dollar olub. Bu göstərici də ötən illə müqayisədə 1,4 milyard dollar və ya 43,3% azalıb. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycan-Çin sənaye əməkdaşlığı genişlənir: Çindən investisiya axını gözlənilir
    Next Article
    Amazon stock gets a rare downgrade call, new Street-low target

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment