Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanın Norveç iqtisadiyyatına yatırımları kəskin artıb

    1 week ago

    4

    0

    2024-cü ildə Norveçin Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyaların həcmi 136,7 milyon ABŞ dolları təşkil edib. Finss.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb. Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 15,5 milyon ABŞ dolları və ya 10,2% azalma deməkdir. Norveçdən gələn investisiyaların ümumi birbaşa xarici investisiyalarda payı isə 1,9% olub. Ötən il Azərbaycan da Norveç iqtisadiyyatına 7 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya yönəldib. Bu, əvvəlki illə müqayisədə xeyli artım deməkdir – 2023-cü ildə bu göstərici cəmi 1 min ABŞ dolları təşkil edirdi. Beləliklə, Norveçə yatırılan Azərbaycan investisiyalarının ümumi payı 0,4% olub. 2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb edilən ümumi birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarını ötüb. Bu, 2023-cü ilə nisbətən 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir. Digər tərəfdən, Azərbaycandan xarici ölkələrə yönəldilmiş birbaşa xarici investisiyalar 1,8 milyard ABŞ dolları təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azalma ilə müşahidə olunub. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Zaxarova Tsereteli haqqında: əsl xalq diplomatı
    Next Article
    Mərkəzi Bank sığorta sektorunda rəqəmsal transformasiyaya başlayır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment