Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanın İsveç iqtisadiyyatına investisiyaları artıb

    5 days ago

    4

    0

    2024-cü ildə Azərbaycandan İsveç iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 45,5 milyon ABŞ dolları təşkil edib. Finss.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb. Məlumata əsasən, bu göstərici 2023-cü illə müqayisədə 28,7 milyon dollar və ya 2,7 dəfə çoxdur. Hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilən ümumi birbaşa xarici investisiyalar içərisində İsveçin payı 2,6% olub. Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan İsveç iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 16,8 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir. Eyni zamanda, hesabat ilində Azərbaycandan digər ölkələrin iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmi 1,762 milyard ABŞ dolları təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 1,354 milyard dollar və ya 43,3% azalma deməkdir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    İlham Əliyevin Si Szinpin ilə geniş tərkibdə görüşü oldu
    Next Article
    AMB bank sektoru üçün yeni tənzimləyici və maliyyə mexanizmləri hazırlayır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment